Sosial Özəl

Natiq Məmmədov: "Artıq vətəndaşlarımız tibbi əməliyyatlar üçün xaricə üz tutmurlar"

Natiq Məmmədov: Artıq vətəndaşlarımız tibbi əməliyyatlar üçün xaricə üz tutmurlar

"Ümumilli lider Heydər Əliyev Azərbaycanda tibb sahəsinin inkişafı üçün çox böyük işlər görüb".

Demokrat.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin sabiq müavini Natiq Məmmədov bu gün Bakıda keçirilən Estetik Tibb, Dermatologiya və Kosmetologiya (EDK) üzrə 1-ci Beynəlxalq Elmi-praktiki Konfransda çıxışı zamanı bildirib.

O, deyib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafında gördüyü işlər çox böyükdür:

"Demək olar ki, Azərbaycanın səhiyyə sisteminin təməli ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. O illərdən başlayaraq, Azərbaycan səhiyyəsi dünya səviyyəsinə yüksəlməyə başladı. Azərbaycanlı tələbələr xarici ölkələrdə tibbi təhsil almaq üçün göndərildi. Tibbi profilaktik tədbirlərə önəm verilməsinin təməli də məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi dönəminə təsadüf edir".

Natiq Məmmədov qeyd edib ki, bu gün müasir Azərbaycanda ən nadir, ən çətin tibbi əməliyyatlar reallaşır:

"Artıq vətəndaşlarımız tibbi əməliyyatlar üçün ölkədən kənara üz tutmurlar. Bu da ölkəmizin tibb sahəsində olan uğurunun təzahürüdür".

Aysu Demokrat.az

D
demokrat.az