Ukraynaya məxsus pilotsuz uçuş aparatları Kremlə hücum edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Lenta.ru" saytı məlumat yayıb.
Rusiya hakimiyyəti isə sözügedən hücum cəhdini Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd adlandırıb və ən sərt cavab tədbirləri görüləcəyini bəyan edib.
Hadisə ilə bağlı Rusiya Prezidentinin mətbuat xidməti də açıqlama yayıb.
Açıqlamada deyilir ki, Ukrayna Kremlə zərbələr endirmək üçün dronlardan istifadə edib:
"Ukrayna 2 pilotsuz uçuş aparatının köməyi ilə Rusiya prezidentinin Kremldəki iqamətgahına zərbə endirməyə cəhd edib. Ancaq hücumlar Rusiya tərəfindən dəf edilib. Bir daha bəyan edirik ki, Rusiya prezident Vladimir Putinin iqamətgahına edilən bu hücum terror aktıdır və cavab tədbirləri görüləcək".
Həsən Demokrat.az


