Tezliklə Bərdə və Şuşa şəhərlərində növbəti DOST mərkəzləristifadəyə veriləcək.
Bu barədə DOST Agentliyinin mətbuat katibi Şahin ƏliyevAPA-nın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, Mərkəzin yaxın zamanlarda vətəndaşlara xidmətə başlayacağı gözlənilir:
"Bu, Qarabağ iqtisadi rayonunda ilk DOST mərkəzi olacaq. Qarabağda daha bir DOST mərkəzi Şuşa şəhərində fəaliyyət göstərəcək. Mərkəzin yerləşəcəyi binada hazırda təmir işləri aparılır. Eyni zamanda Qubada və Naxçıvanda DOST mərkəzləri üçün binaların tikintisi davam edir".
Xatırladaq ki, hazırda beşi Bakıda, biri Abşeron rayonunda olmaqla altı DOST mərkəzi fəaliyyət göstərir. Həmçinin Şərqi Zəngəzur İqtisadi rayonunda, Zəngilanın Ağalı kəndində Smart DOST məntəqəsi sakinlərin ixtiyarına verilib.


