İdman

İki ermənini məğlub edən güləşçimiz Avropa Oyunlarının qalibi oldu

İki ermənini məğlub edən güləşçimiz Avropa Oyunlarının qalibi oldu

Azərbaycan Minskdə keçirilən Avropa Oyunlarında 2-ci qızıl medalı qazanıb.

Demokrat.az xəbər verir ki, növbəti qızıl güləşçimiz Hacı Əliyevdən gəlib. Belə ki, dünən 65 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək finala yüksəlmişdi. Üçqat dünya çempionumuz bunadək ikierməni rəqibini və yerli idmançını məğlub edərək, adından söz etdirməyi bacarmışdı. Bu gün isə həlledici döyüşdəgürcüstanlı Vladimer Xiceqaşvili qalib gələn idmançımız yarışı qızıl medalla başa vurub.

D
demokrat.az