Ukrayna prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında bir saatdan çox davam edən telefon danışığı olub.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı açıqlama yayıb.
Bildirilib ki, Ukrayna prezidenti Zelenski Makrona cəbhədəki son vəziyyət, may-iyun aylarında inkişaf perspektivləri barədə məlumat verib.
Daha sonra tərəflər Ukraynanın döyüş meydanında potensialını gücləndirmək üçün əlavə həll yolları barədə razılığa gəliblər.
Tərəflər iyulun 11-12-də Litvada keçiriləcək NATO liderlərinin zirvə toplantısına hazırlıqla bağlı da müzakirələr aparıb.
Aysu Demokrat.az


