Xalq artisti "Şöhrət" ordenli qarmon ifaçısı Aftandil İsrafilov "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sabah saat 11:00-da Heydər Məscidində tanınmış qarmon ifaçısı ilə vida mərasimi olacaq.
Daha sonra mərhum saat 12:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Aftandil İsrafilov bu gün vəfat edib.


