Dünya Özəl

ABŞ-da 2 hərbi helikopter qəzaya uğradı — 3 nəfər öldü

ABŞ-da 2 hərbi helikopter qəzaya uğradı — 3 nəfər öldü

ABŞ-ın Alyaska ştatında təlim uçuşundan qayıdan 2 AH-64 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər hərbiçi ölüb, 1 hərbiçi isə ağır yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, helikopterlər Alyaskanın yaxınlığında qəzaya uğrayıb.

Hadisə ilə bağlı açıqlama verən ABŞ ordusunun general-mayoru Brian Eifler qəzanın Birləşmiş Ştatlar və həlak olan hərbiçilərin yaxınları üçün ağır itki olduğunu bildirib.

O, hadisə ilə bağlı ABŞ ordusunun bütün imkanlarını səfərbər etdiyini deyib.

Xatırladaq ki, ötən ay ABŞ-ın Kentukki ştatında helikopter qəzası nəticəsində 9 hərbiçi həlak olmuşdu.

Aysu Demokrat.az

D
demokrat.az