Xarici siyasət Özəl

Azərbaycanda 90.4 faiz seçkilərdə Ərdoğanın qalib gəlməsini dəstəkləyir

Azərbaycanda 90.4 faiz seçkilərdə Ərdoğanın qalib gəlməsini dəstəkləyir

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan ictimai rəyində Türkiyə Prezident seçkiləri ilə bağlı sorğu keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc açıqlama verib.

O bildirib ki, keçirilən sorğunun nəticələri illərdir davam edən Türkiyə-Azərbaycan münasibətlərini özündə əks etdirir:

"Sorğularda 18 yaşından yuxarı 1070 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasından istifadə olunmaqla ev təsərrüfatları arasında aparılıb və respondentlər sonuncu ad günü prinsipi ilə müəyyən edilib.

Sorğunun sahə işi (məlumatların toplanılması) 16 aprel – 20 aprel 2023-cü il tarixləri arasında icra olunub.

Respondentlərin mütləq əksəriyyəti, yəni 90.4%-i keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib. Onların 5.1%-i Kamal Kılıçdaroğlunu, 0.8%-i Məhərrəm İncəni, 0.1%-i Sinan Oğanı qalib görmək istədiyini bildirib. İştirakçıların 3.5%-i hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini bölüşməyib.

İştirakçılar arasında Kamal Kılıçdaroğlunu tanıyanların 89.5%-i, Sinan Oğanı tanıyanların 89.8%-i, Məhərrəm İncəni tanıdığını qeyd edənlərin 87.8%-i prezident vəzifəsində yenidən Rəcəb Tayyib Ərdoğanı görmək istədiyini ifadə edib".

Aysu Demokrat.az

D
demokrat.az