Gündəm Özəl

Çingiz Abdullayev: “Əjdər Olun əfvi üçün cənab Prezidentimizə müraciət etmişik”

Çingiz Abdullayev: “Əjdər Olun əfvi üçün cənab Prezidentimizə müraciət etmişik”

Gələn ay mərhum Prezident Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv olacağı gözlənilir. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya tərəfindən bir neçə iclas keçirilib və müraciətlərə baxılıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev Demokrat.az-a açıqlamasında bildirib ki, bu dəfəki Əfv Sərəncamından gözləntiləri böyükdür:

"Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı Əfv Sərəncamına dəyərli dostumuz Əjdər Cəbiyevin də adının düşməsini istəyirik. O, bizim dəyərli şairimizdir. Əjdər Ol yaradıcı insandır, illərdir ədəbiyyatımıza xidmət edir, 50-dən çox kitabın müəllifidir, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətində mühüm xidmətləri olub. Onun yaradıcı fəaliyyəti nəzərə alınaraq əfv olunmasını istərdim. Bununla bağlı açıq şəkildə cənab Prezidentimizə də müraciət etmişik".

Şəhanə Demokrat.az

D
demokrat.az