Hadisə

Tanınmış jurnalistin avtomobilinin şüşələri sındırıldı - FOTOLAR

Tanınmış jurnalistin avtomobilinin şüşələri sındırıldı - FOTOLAR

Gecə saatlarında jurnalist İlham Məmmədzadəyə məxsus 99 CM 808 nömrə nişanlı “Mersedes” markalı avtomobilin şüşələri sındırılıb.

Hadisə Sumqayıt şəhəri, 36-cı məhəllə, bina 5/11-də baş verib. İ.Məmmədzadə artıq polisə məlumat verildiyini qeyd edib. İ.Məmmədzadə bildirib ki, polislər hələ gəlməyib, maşından oğurluq edilib-edilməməsi polislər gələndən sonra məlum olacaq.

Musavat.com-a açıqlama verən jurnalist bildirib ki, həyətdə 30-dan artıq maşın olduğu halda sadəcə onun maşınının şüşələrinin sındırılması təsadüfə bənzəmir.

İlham Məmmədzadəyə bildirib ki, “Ata sığorta” şirkətinə dəfələrlə zəng etsə də cavab verən olmayıb.

D
demokrat.az