Dünya

Qırmızı dənizdə üç rusiyalının olduğu gəzinti gəmisi yoxa çıxdı

Qırmızı dənizdə üç rusiyalının olduğu gəzinti gəmisi yoxa çıxdı

Qırmızı dənizdə üç rusiyalının olduğu gəzinti gəmisi yoxa çıxıb.

Demokrat.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Səudiyyə Ərəbistanındakı səfirliyinin konsulluq şöbəsinin rəhbərinin müşaviri Damir Saydyaşev məlumat verib.

Səfirlikdən verilən məlumata görə, 30 dəqiqə ərzində gəmi Port Səid - Süveyş - Hurqada - Ciddə - Cizan - Cibuti marşrutu üzrə hərəkət edib.

Aprelin 17-də onlar gəminin yanacaq doldurduğu Cizan limanını tərk ediblər. Həmin gün gəmi Rumein adasının ərazisində lövbər salıb və radarlardan itib.//Report

D
demokrat.az