Sosial

Şəkidə 5 avtomobil toqquşdu, xəsarət alan var

Şəkidə 5 avtomobil toqquşdu, xəsarət alan var

Şəkidə 5 avtomobil toqquşub, xəsarət alan var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a bildirilib ki, bu gün səhər saat 09:35 radələrində Şəki şəhəri M.Müşviq küçəsində 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

D
demokrat.az