Sosial

Nazirlik işçilərinə yarım milyonluq geyim alır — TENDER NƏTİCƏSİ

Nazirlik işçilərinə yarım milyonluq geyim alır — TENDER NƏTİCƏSİ

Ədliyyə Nazirliyi xüsusi geyim formalarının alınması ilə bağlı tenderin nəticələrini elan edib.

Demokrat.az Fed.az-a istinadən xəbər verir ki, tenderin qalibi "Evim Tekstil" MMC (VÖEN: 1402660101) olub.

Şirkətlə 552 981 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, "Evim Tekstil"MMC bundan əvvəl İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi ilə 956 009 manat dəyərindəki "Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması" tenderi üzrə müqavilə bağlayıb (23.09.2022).

D
demokrat.az