Dünya Özəl

Tayvanda daşqınlar nəticəsində küçələr su altında qaldı

Tayvanda daşqınlar nəticəsində küçələr su altında qaldı

Tayvanın bir çox şəhərlərinə təsir edən leysan yağışlar səbəbindən küçələr su altında qalıb.

Demokrat.az xəbər verir ki, bu barədə Tayvan Mərkəzi Hava Bürosu məlumat yayıb.

Məlumata əsasən, Tayvan daxilində 15 şəhər və bir çox yaşayış məntəqəsinin, küçələrin su altında qaldığı bildirilib.

Su basan ərazilərdə çox sayda avtomobil yolda qalıb, sel sularına düşən qadın son anda xilas olub.

Tayvanın quraqlıqdan zərər çəkən cənub bölgələrində yağıntının olmadığı bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova