Sosial Özəl

Yenilənən sayğacların sayı AÇIQLANDI

Yenilənən sayğacların sayı AÇIQLANDI

2023-cü ilin ilk 3 ayı ərzində əvəz olunmuş qaz sayğaclarınin sayı 43 min 250 ədəddir.

Demokrat.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İB-nin ictimaiyyətə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

O bildirib ki, sayğaclar yeniləri ilə əvəz olunur:

"Yeni quraşdırılmış sayğacların sayı isə 19 min 817 ədəddir. Burada söhbət smartkart tipli sayğaclardan gedir. 23 433 ədəd sayğac isə mexaniki tipli sayğacdır.

Eyni zamanda 2023-cü ilin ilk 3 ayı ərzində yeni qeydiyyata alınmış əhali abonentlərinin sayı 18 min 880 nəfərdir. Bunlardan 639 ədədi smartkart tipli 18 min 241 ədədi isə mexaniki tipli sayğaclardır".

Aysu Demokrat.az

D
demokrat.az