Birləşmiş Millətlər Təşkilatı (BMT) Taliban hakimiyyətində olan 34 milyon əfqanın yoxsulluq içində yaşadığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
BMT Əfqanıstan əhalisi arasında yoxsulluq həddində yaşayanların sayının ölkə əhalisinin 85 faizini təşkil etdiyini bəyan edib.
Bildirilib ki, iki il ərzində yoxsulların sayı 2 dəfədən çox artıb.
ABŞ və koalisiya ölkələrinin bu ölkədən çıxmasına qədər aclıq içində yaşayan insanların sayının 15 milyon olduğunu xatırladan BMT bu rəqəmin qısa zamanda 34 milyona yüksəlməsinin ciddi narahatlıq yaratdığını bildirib.
Aysu Demokrat.az


