Avropa İttifaqının (Aİ) Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri Jozep Borrel özünün tvitter hesabında paylaşım edib.
O, paylaşımında qeyd edib: "Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Diplomatik binaların və onların şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi Sudan hakimiyyətinin əsas vəzifəsidir və beynəlxalq hüquq çərçivəsində öhdəlikdir".
Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtında ordu bölmələri ilə xüsusi təyinatlı qüvvələr arasında döyüşlər başlayıb.
Aysu Demokrat.az


