Rahat və keyfiyyətli mənzilləri, əlverişli kredit şərtləri ilə seçilən “Kristal Abşeron” gələcək sakinlərinə ideal imkanlar yaradır. Geniş və yaşıl həyətə, müasir infrastruktura malik binalar özündə müxtəlif obyektləri də biləşdirir. Yaşayış komplekslərimizdə uşaqdan-böyüyə hər kəsin istirahət və əyləncəsinə şərait yaradılıb. Tam təmirli və çıxarışlı formada təhvil verilən “Kristal Abşeron” layihələrinin inşasında istifadə olunan tikinti materialları beynəlxalq standartlara uyğun, Avropa brendlərinə məxsus materiallardır. Həmçinin “Kristal Abşeron”un bütün cari layihələrində mənzil arası divarlarda izolyasiya sistemini tətbiq edilir ki, bu da səskeçiriciliyin qarşısını tamamilə alır.





