Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Oxu.Azxəbər verir ki, o, macarıstanlı Vladislav Baytçevlə qarşılaşıb.
Rəqibini 6:0 hesabı ilə məğlub edən idmançımız həlledici görüşə vəsiqə qazanıb. Səbuhi Əmiraslanov isə finala yüksələ bilməyib. 79 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasili Mixaylova (Ukrayna) məğlub olub.
O, sabah bürünc medal uğrunda qüvvəsini sınayacaq. 65 kq-dakı Əli Rəhimzadə rəqibi finala çıxdığı üçün təsəlliverici qarşılaşmada mübarizə aparacaq.
Xatırladaq ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) həlledici görüşə vəsiqə qazanıblar. Final görüşləri sabah keçiriləcək.


