Hadisə Özəl

“Şərurlu İsfəndiyar”a “pul atan” şəxsin məhkəməsinin vaxtı AÇIQLANDI

“Şərurlu İsfəndiyar”a “pul atan” şəxsin məhkəməsinin vaxtı AÇIQLANDI

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova və onun sahibi olduğu “Şərur” MTK-ya qarşı dələduzluq etməkdə ittiham olunan Rəşad Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Demokrat.az xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin olunub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. Rəşad Həsənovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) ilə ittiham elan edilib.

Qeyd edək ki, Rəşad Həsənov “Şərur” MTK-da komendant işləyib.

O, bir neçə mənzili eyni adama satmaqda və İsfəndiyar Axundovun külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinib.

Cinayət işi üzrə İsfəndiyar Axundova və “Şərur” MTK zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az