Sosial Özəl

Azərbaycanda qazdan qeyri-qanuni istifadə hallarının sayı artıb — AÇIQLAMA

Azərbaycanda qazdan qeyri-qanuni istifadə hallarının sayı artıb — AÇIQLAMA

"2023-cü ilin 3 ayı ərzində qeyri-qanuni istifadə və qaz sayağaclarına müdaxilə hallarına görə yazılan dəymiş ziyan aktlarının sayında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 988 ədəd artım olub".

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

Onun sözlərinə görə, əhali sektoru üzrə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 197 ədəd artım olub, qeyri-əhali sektoru üzrə isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 209 ədəd azalma olub:

"Qeyri-əhali sektoru üzrə 2023-cü ilin 3 ayl ərzində hesablanmış dəymiş ziyanın məbləği 0,54 mln manat olub ki, bu da 2022-ci ilin 3 ayı ərzində hesablanmış 1,61 mln manatla müqayisədə 1,07 mln manat artıb.

Qeyri-qanuni qazlardan istifadə hallarının aşkarlanmasında təhkim olduqları ərazilərdə "Azəriqaz" İB-nin İdarəetmə Aparatının, Bakı RQSD, Sumqayıt QİS və RQLL-nin işçiləri iştirak edirlər".

Aysu Demokrat.az

D
demokrat.az