“Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə cərimə olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) prorokol yazılıb.
Protokol araşdırılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmə baxış iclası aprelin 18-nə təyin edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə barəsində inzibati iş qaldırılan şəxsin əməli məhkəmədə sübuta yetirildiyi halda vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, 1994-ci ildə yaradılan "Avrora" şirkəti yerli və xarici istehsalçıların istehlak mallarının distribyutoru kimi fəaliyyət göstərir.
Yerli mətbatın yazdığına görə, şirkətin portfoliosuna "Danone", "Ehrman", "Rolton", "Hochland", "Chivas", "Glenfiddich" kimi şirkətlər daxildir.
Fariz Məlikli Demokrat.az


