Gündəm Özəl

Hərbi ekspert: "İranın Azərbaycana təhdidləri fonunda ABŞ-la əməkdaşlıq böyük əhəmiyyət kəsb edir"

Hərbi ekspert: İranın Azərbaycana təhdidləri fonunda ABŞ-la əməkdaşlıq böyük əhəmiyyət kəsb edir

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarında səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pentaqonda bir sıra görüşlər keçirib.

Görüşün əhəmiyyəti barədə Demokrat.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, son aylar ərzində ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlıq sahəsində müsbət addımlar atmaqda qərarlı olduğu müşahidə olunur.

"Yadınızdadırsa, daha əvvəl də ABŞ Dövlət Departamentinin rəhbəri Blinken 907-ci düzəlişin aradan qaldırılması və Azərbaycanın İranla sərhədlərinin möhkəmləndirilməsinin zərurəti barədə bəyanat səsləndirmişdir. Bu əməkdaşlıqda Azərbaycan da maraqlıdır. Regional sülhün və təhlükəsizliyin əldə olunmasında Azərbaycan ABŞ-la əməkdaşlıq etməyə hazırdır.

Hesab edirəm ki, bu müzakirələr çox vacibdir. Azərbaycan üçün artan İran təhdidləri fonunda Azərbaycan - ABŞ müzakirələri xüsusilə böyük əhəmiyyət kəsb edir".

Şəhanə Demokrat.az

D
demokrat.az