Gündəm

"Onlar utanır, Kərimi o halda çəkib paylaşanlar utanmır"

Onlar utanır, Kərimi o halda çəkib paylaşanlar utanmır

“Meyxanaçı Kərim bir neçə ildir yataq xəstəsidir. Nazilə Səfərlidən tutumuş, Ağamirzəyə qədər hamı gedir bu adamın evinə, xəstə adamı yatağında zəif, gücsüz halda çəkib, millətə göstərirlər. Kərimin üzünə baxanda, insana yazığım gəlir. Adam yataqda uzanmasından, halsızlığından, köməksizliyindən utanır, əllərində telefon onu danışdırmağa çalışan sənət dostları utanmır”.

Demokrat.azxəbər verir ki, bunu yazıçı Günel Mövlud deyib.

Onlar utanır, Kərimi o halda çəkib paylaşanlar utanmır

G.Mövlud bildirib ki, oğlu, ailəsi də abırlı adamlardı, üzləri gəlmir desin ki, ay adam, ay əmi, ay xala, atamız xəstədir, zəifdir, insanların onu belə görməsini istəmirik: “Onlar utanır, Kərimi o halda çəkib paylaşanlar utanmır. İnsanlar utanma, çəkinmə, abır-həya hisslərini itiriblər. Mətndə bir açıq söz işlədəndə, səni topa tutan adamlar, gedib kiminsə yatağını, mərhəmini çəkib insanlara göstərməkdən utanmırlar”.

D
demokrat.az