Qarabağ Özəl

“Ermənistanla Azərbaycan sərhədində gömrük nəzarət məntəqələri yaradılacağı gözlənilir”

“Ermənistanla Azərbaycan sərhədində gömrük nəzarət məntəqələri yaradılacağı gözlənilir”

"Son zamanlar torpaq və gizli yollarla Azərbaycan ərazisinə döyüş sursatın gətirilməsinə rus sülhməramlı qüvvələri tərəfindən laqeyd yanaşılırdı. Ona görə də Azərbaycan Ordusu gələcək təxribatların qarşısını almaq üçün rus sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə nəzarətini çoxaltmaq, qanunsuz yollardan istifadənin qarşısını almaq məqsədilə məhz belə tədbirlər görülür".

Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev öz mesajını artıq qarşı tərəfə çatdırıb:

"İstər Ermənistan, istərsə də onların havadarları tərəfindən Azərbaycana hər hansı bir təhlükə yaranarsa, dərhal adekvat addımlar atılacaq. Düşünürəm ki, adekvat addımlardan da biri də nəzarəti getdikcə gücləndirmək və bütün prosesləri Azərbaycan Ordusunun bölmələri tərəfindən nəzarəti gücləndirmək məqsədi daşıyır. Bizdə olan məlumata görə, düşmən yenə də istər binalar, istərsə də döyüş sursatını Azərbaycan ərazisinə keçirir, yeni mövqelər inşa edir. Bu mövqelərin inşa etməsinə isə Rusiyanın sülhməramlı qüvvələri göz yumurlar. Belə olduğu halda, Azərbaycan Ordusunun bu addımları gələcək təxribatların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər kimi qəbul etmək olar. Bu gün Xankəndində separatçıların tutduğu mövqe, Azərbaycan tərəfinin erməni icmasının nümayəndələrini Bakıya dəvət etməsinə baxmayaraq, onlar bir-birindən uydurma və qəbuledilməz şərtlər qoyaraq bu görüşlərdən imtina edirlər. Bu imtina artıq onu göstərir ki, separatçı rejim və onu dəstəkləyən qüvvələr gələcəkdə Azərbaycanı məhz adekvat addımlar atmağa məcbur edir. Yəni, Azərbaycan anti-terror əməliyyatını aparmaq və güc tətbiq edərək öz ərazilərində yeni qanunsuz silahlIların çıxarılmasını özü həll etməli olacaqdır. Bu, 2020-ci il Bəyannaməsinin dördüncü bəndində də öz əksini tapıb".

Hərbi ekspert qeyd edib ki, Qarabağ iqtisadi rayonunda bu gün gedən proseslər onu göstərir ki, orada olan separatçılar və onlara şərait yaradan Rusiya sülhməramlı qüvvələri, onları dəstəkləyən digər xarici qüvvələr istəyir ki, bu məsələnin həllini məhz Azərbaycan dinc yolla yox, güc yolu ilə həll etsin:

"Fransanın Xarici İşlər Nazirliyinin Ermənistana gəlməsi və orada qondarma separatçı rejimin xarici işlər naziri ilə görüşməsi bir daha onu təsdiqləyir ki, Fransanın mövqeyi bəllidir. Ümumiyyətlə, cənab İlham Əliyevin göstərişlərindən irəli gələrək Azərbaycan Müdafiə naziri, general polkovnik Zakir Həsənov son müşavirələrində orada yerləşən bölmələrinin qarşısında konkret tapşırıqlar qoydu və o, tapşırıqların da ayıq-sayıqlığın artırılması, orada hər hansı bir təxribata əl atarlarsa, dərhal o təxribatın qarşısını ən ciddi şəkildə alınmasıyla bağlı tapşırıqlar verdi. Düşünürəm ki, yaxın zamanlarda cənab Prezidentin dediyi kimi, Ermənistanla Azərbaycan sərhədində Laçın dəhlizində sərhəd xidmət məntəqələri və gömrük nəzarət məntəqələri yaradılacaq. Belə olduğu halda artıq Azərbaycana keçən şəxslər və yüklər beynəlxalq normalar çərçivəsində nəzarətə alınacaq. İstər Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndlərinin, istərsə də digər kənd və yüksəkliklərin Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsinin məqsədi məhz daim əməliyyat şəraiti nəzarət altında saxlamaq, ola biləcək təxribatın qarşısını almaq üçün əlavə tədbirlərin görülməsi üçün nəzərdə tutulub".

Aynurə Demokrat.az

D
demokrat.az