Dünya Özəl

Çavuşoğlu Yaponiyanın xarici işlər naziri ilə görüşdü

Çavuşoğlu Yaponiyanın xarici işlər naziri ilə görüşdü

Xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın paytaxtı Brüsseldə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün gəldiyi Brüsseldə görüşlərini davam etdirir.

Nazir görüşlər çərçivəsində Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi ilə görüşüb.

Çavuşoğlu görüşlə bağlı açıqlamasında “Tarixi dostluq əlaqələrimiz olan Yaponiyanın xarici işlər naziri Hayaşi ilə Brüsseldə görüşdük. Biz Yaponiyaya zəlzələdən sonra göstərdiyi dəstəyə və həmrəyliyə görə təşəkkür etdik”.- deyə bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova