Bakının Sabunçu rayonunda qardaşını bıçaqlamaqda təqsirləndirilən Püstə Məmmədovanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilibn.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən il noyabrın 28-də, saat 02:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, paytaxt sakini Məmmədova Püstə Əliabbas qızı yaşadıqları evdə qardaşı 1970-ci il təvəllüdlü Məmmədov Atamoğlan Əliabbas oğlunun sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


