Bakıda səhər saatlarında qadın intihara cəhd edib.
Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat verib.
Hadisə Ziya Bünyadov prospektində baş verib.
Redaksiyamıza göndərilən videodan görünür ki, gənc qadın prospektdəki körpüyə qalxaraq, var-gəl edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Onu fikrindən daşındırmaq istəsələr də, qadın özünü körpüdən atıb.
Şahidlərin sözlərinə görə, yolda açılan hava yastığı qadını xilas edib.


