Sosial Özəl

“McDonalds” 44 günlük Vətən müharibəsində mənəvi məsələlərdə sinifdə qaldı — Azər Həsrət

“McDonalds” 44 günlük Vətən müharibəsində mənəvi məsələlərdə sinifdə qaldı — Azər Həsrət

Tanınmış jurnalist, siyasi şərhçi Azər Həsrət “McDonalds” Azərbaycan şirkətini tənqid edib.

Azər Həsrət Demokrat.az-a açıqlamasında bildirib ki, “McDonalds” 44 günlük Vətən müharibəsi günlərində Azərbaycana mənəvi dəstək göstərməyib:

“Əlbəttə ki, şirkətlərin yardım edib-etməməsi şəxsi seçimləridir. Yəni, heç kim onları məcbur edə bilməz. Çünki Azərbaycanda özəl biznes azaddır, bazar liberaldır. Dövlət, yaxud da ki, hansısa qurumlar özəl biznes vahidlərini hansısa onların qanunla nəzərdə tutulmayan fəaliyyətlərinə iştirakını tələb edə bilməz, o cümlədən də, yardım kampaniyaları və s. Amma bir ölkədə fəaliyyət göstərirsinizsə, o ölkədə müharibə varsa, o ölkədə insanların ehtiyacları yaranıbsa, siz də məntiqlə pulunuzu həmin ölkədən qazandığınıza görə yardımçı olmalısınız. Üstəlik də “McDonalds”ın 44 günlük Vətən savaşı günlərindəki davranışını yaxşı xatırlayıram. Əvvəl Ordumuzla bağlı pozitiv deyə biləcəyimiz bir təşəbbüsləri oldu, amma sonradan hansısa basqılar altında bunlar geri çəkildilər, yəni mövqelərini dəyişdilər. Əlbəttə ki, bu da bütövlükdə cəmiyyətimizə sayğısızlıq kimi qəbul edildi. O vaxtda yadımdadır ki, ciddi müzakirələr getdi bununla bağlı. Ümumillikdə düşünürəm ki, təkcə “McDonalds”yox, bütün iri və imkanlı biznes sahibləri bu xeyriyyəçilik işləri ilə də önə çıxmalıdırlar. Çünki onların imkanları genişdir. Həmin geniş imkanlardan bu və ya digər şəkildə xeyriyyəçiliyə də ayırsalar zərəri olmaz. Bu bir mənəvi məsələdir. Düşünürəm ki, “McDonalds” 44 günlük Vətən müharibəsi günlərində mənəvi məsələlərdə sinifdə qaldı və onun müştəriləri də bu faktoru unutmamalıdırlar”.

Nəzrin Demokrat.az

D
demokrat.az