Kriminal

Bakıda 1 milyonluq qızıl oğurlayan cəzasının yüngülləşdirilməsini istədi

Bakıda 1 milyonluq qızıl oğurlayan cəzasının yüngülləşdirilməsini istədi

Bakıda oğurluqda təqsirləndirilən Tural Rəhimlinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsində cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq aprelin 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə Bakıda baş verib. Bir neçə il bundan əvvəl paytaxt sakini Zülfiyyə Əliyevanın mənzilindən 1 milyon manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Qadının şikayəti əsasında araşdırma başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Tural Rəhimli saxlanılıb.

Zülfiyyə Əliyeva bu işlə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıb.

D
demokrat.az