Qaradağ rayonu ərazisində deputat Fazil Mustafanın həyatına qəsd etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Haqqin.az" saytı məlumat yayıb.
Məlumata görə, xüsusi əməliyyatı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi birgə həyata keçirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad HacıyevGlobalinfo.az-a açıqlamasında hələ ki məsələ ilə bağlı rəsmi məlumatın olmadığını bildirib.


