Bu yaxınlarda Rusiyada rus dilinin beynəlxalq aləmdə ünsiyyət vasitəsi kimi tutduğu yeri müzakirə etdik. Orta Asiya və Şərqi Avropadan olan ekspertlərin tarixi Kaliniqrad şəhərindəki görüşünü "Stan-Sentr" ictimai institutu təşkil etmişdi. Görüşün bu şəhərdə keçirilməsinin özü belə onun Rusiyanın ən qərb regionu olması ilə yanaşı, tarixindəki Şərq-Qərb sintezi kontekstindən daha da əlamətdardır.
Məlum olduğu kimi, 2023-cü il MDB məkanında ümumi danışıq dili kimi "Rus dili ili" elan olunub. Elə bu görüşdə politoloqlar, jurnalistlər, ədəbiyyatçılar və başqa iştirakçılar böyük imkanlara malik və geniş auditoriyanı əhatə edən rus dilinin Avrasiya məkanında ən effektiv ünsiyyət vasitəsi, danışıq dili olduğunu vurğuladılar.
Necə ki, Mark Tven deyib: rus dilinin ölməsi haqda söz-söhbətlər həddən artıq şişirdilmiş olub.
Dəyrimi stolda çıxış edən tanınmış qazaxıstanlı yazıçı Madi Raimov (o, bir müddət Bakıda yaşayıb və Azərbaycan tarixi haqda "Cənubi Qafqazda türklər" adlı kitabını yazıb) çıxışında rus dilnin Orta Asiya ölkələrindəki vəziyyətindən danışdı: "Asiya ölkələrindən heç birində, harada ki, slavyandili əhali azlıq təşkil edir, rus dili özünü Qazaxıstandakı kimi rahat hiss etmir.

Qazaxların 90 faizi rus dilini yüksək səviyyədə bilirlər. Kitabların 80 faizi rus dilində dərc olunur və əksər xarici filmləri qazaxlar məhz rus dilində izləyirlər.
Burada rus dilinin hansı sıxışdırılmasından söhbət gedə bilər? Geridə qalanlar isə sadəcə təfərrüatdır".
Əl-Fərabi adına Qazax Milli Universitetinin müəllimi Arman Kudabay isə öz növbəsində qeyd etdi ki, rus dilini Qazaxıstanda hətta oralmanlar - Monqolustan, Türkiyə və Çindən tarixi vətənə qayıtmış qazaxlar belə öyrənirlər.
Orta Asiyada rus dilinin sıxışdırılması, guya ingilis dilinin populyarlığının artması haqda gəzən söz-söhbətlər isə şaiyədən başqa şey deyildir:
"Əslində bizdə ingilis dilini bilənlərin sayı olduqca azdır. Hətta ali məktəblərdə ingilis dilini bilənlərin sayı o qədər də çox deyil. Məsələn, bizim universitetdə uzaqbaşı 5-7 faiz ingilis dilini bilir. Amm rus dilini bilənlərin sayı 98-99 faiz təşkil edir", - deyə Kudabay bildirdi.
Rus dilinin Azərbaycanda da mövqeləri çox möhkəmdir. Azərbaycan Prezidentinin sözlərini hamı xatırlayır.
O, Rusiya KİV-lərinin nümayəndələri ilə söhbətində demişdir:
"Rus dilində təhsil bizim məqsədyönlü siyasətimizdir. Biz bunu ilk növbədə özümüz üçün edirik". 
"Azərbaycan multikultural ölkədir. Burada rus dlli çox populyardır və əhalinin əksəriyyəti ruscanı öz ana dili səviyyəsində bilir".
Bəs rusofobiyanın baş alıb getdiyi Qərb ölkələrində bu sahədə vəziyyət necədir? Sən demə rus dili Qərbdə də populyardır.
"Almaniya üçün Alternativ" partiyasının üzvü, ölkədəki rusdilli almanların hüquqları üzrə komissar, Almaniya Bundestaqının yeganə rusdilli deputatı Yevgeniy Şmidtin (o, əslən qazaxıstanlıdır) dediyinə görə, Almaniya dövlət olaraq rus dilini öyrənmək istəyən vətəndaşlarının tələblərini ödəyir. Yəni rus dilini öyrənmək istəyən alman dövlət hesabına bunu edə bilər.
"Əsasən rus dilini öyrənmək istəyənlər keçmiş ittifaq ölkələrindən köç etmiş alələrin övladlarıdır. Onlar həftədə bir dəfə məşğələlərə gəlib rus dilini öyrənirlər və bunun xərcini dövlət ödəyir. Bu sahədə Almaniyada heç bir problem yoxdur", - deyə deputat vurğulayıb.
Sonda "dəyrimi masa"da iştirak edən politoloqlar bəyannamə imzalayıblar. Sənəddə qeyd olunub ki, rus dili Avrasiya məkanında millətlərarası ünsiyyət vasitəsi kimi əsas dil olaraq qalır. Bura Orta Asiya və Cənubi Qafqaz regionları da daxildir.
Müəllif: Andrey Beloborodov Demokrat.az


