Region

Gürcüstan və Almaniya xarici işlər nazirləri görüşdü

Gürcüstan və Almaniya xarici işlər nazirləri görüşdü

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Tbilisidə səfərdə olan Almaniyanın xarici işlər naziri Analena Berbokla görüşüb.

Demokrat.az xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyində davam edən görüşdən sonra mətbuata birgə açıqlama veriləcək.

Qeyd edək ki, Analena Berbok artıq Gürcüstanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib.

O, Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili və Prezidenti Salome Zurabişvili ilə də görüşlər planlaşdırıb.//APA

D
demokrat.az