Ən qapalı ölkə kimi tanınan, son zamanlar hərbi xərclərini xeyli artıran Şimali Koreya dünyanı təşvişə salan addım atıb.
Ölkə.Az xəbər verir ki, bu barədə KCNA dövlət agentliyi məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanı Amerika silahları ilə hərbi təlimlər keçirməkdə ittiham edərək, ölkəsini nüvə zərbəsi endirməyə hazır olmağa çağırıb.
Kim Çenin nüvə əmrindən sonra 1,4 milyon koreyalının hərbi xidmətə cəlb edildiyi bildirilib.
Kim Çen bunun çəkindirici bir hərəkət olacağını vurğulayıb.
ABŞ-nin “Fox News” nəşri sözügedən xəbəri “Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyaya qarşı nüvə hücumuna hazırlıqla bağlı tapşırıq verdi” başlığı ilə oxucularına təqdim edib.
Çinin ən yüksək aerokosmik müdafiə institutu tərəfindən həyata keçirilən simulyasiya, ABŞ müdafiə sistemində ölümcül boşluqlar aşkar etdiklərini və Şimali Koreyanın qitələrarası ballistik raketinin ABŞ-ni vura biləcəyini açıqlayıb.
Tədqiqat qrupunun fikrincə, Şimali Koreyanın təxminən 13 min km mənzilli, nüvə qabiliyyətinə malik Hwasong-15 raketi 33 dəqiqə ərzində bütün ABŞ-ni vura bilər.


