Dahi bəstəkar Asəf Zeynallının məzarı baxımsız vəziyyətdədir.
Axşam.az xəbər verir ki, bu barədə tarzən Humay Qədimova sosial şəbəkədə paylaşım edib. Sənətçi məsələ ilə bağlı lazımi şəxslərə müraciət etdiyini bildirib:
"Çoxdandır məni narahat edən bir məqam var. Allah dünyadan köçən dahilərimizə rəhmət etsin. Təxmini üç ay əvvəl və bir neçə gün öncə mərhum bəstəkar Asəf Zeynallının məzarını ziyarət etdim.Çox yazmayacağam, baxımsız vəziyyətdədir.Bu kişi cəmi 23 il ömür yaşadı, ammaböyük Azərbaycan mədəniyyəti yaratdı. Məzarın bərpası ilə bağlı lazımihörmətli şəxslərə müraciətetmişəm.İnşallah, yaxın zamanda paylaşacağam. Səsimə səs verdikləri üçün dərin təşəkkürümü bildirirəm.
Allah rəhmət etsin!".


