Bu ilin ilk 2 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 138 mənzil satın alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar yanvar ayında Türkiyədən 65, fevral ayında isə 73 mənzil alıblar.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında Türkiyədən mənzil alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında azərbaycanlılar Türkiyədən 182 mənzil alıblar.
Onu da bildirək ki, son 9 ildə Azərbaycan vətəndaşları Türkiyədn 9 min 72 mənzil alıblar:
| İllər | Mənzillərin sayı |
| 2015 | 815 |
| 2016 | 610 |
| 2017 | 942 |
| 2018 | 1 250 |
| 2019 | 1 191 |
| 2020 | 1 279 |
| 2021 | 1 517 |
| 2022 | 1 330 |
| 2023 Yanvar-Fevral | 138 |
| Cəmi | 9 072 |
Əvvəlki illərlə müqayisədə Türkiyədən mənzil alan Rusiya vətəndaşlarının sayı kəskin artıb. Son 5 ilin yanvar-fevral aylarında Rusiya vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı aşağıdakı kimi olub:
2019 Yanvar-Fevral – 431 2020 Yanvar-Fevral – 536 2021 Yanvar-Fevral – 519 2022 Yanvar-Fevral – 988 2023 Yanvar-Fevral – 2 740


