Dünya Özəl

"Latviya Ukraynaya 300 milyon avro dəyərində hərbi yardım etdi"

Latviya Ukraynaya 300 milyon avro dəyərində hərbi yardım etdi

Latviya artıq Ukraynaya 300 milyon avro dəyərində hərbi yardım göstərib.

Demokrat.az Ukrayna mətbuatına istinadən bidirir ki, yeni paketin tətbiqi ilə bu yardım məbləği 370 milyon avroya qədər artacaq.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal martın 16-da Kiyevdə latviyalı həmkarı Krisjanis Karinslə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Ukrayna Latviyadan 300 milyon avro dəyərindən çox hərbi yardım alıb. Biz yeni yardım paketinə görə sizə təşəkkür edirik. Sizin bizə yardımınız əvəzedilməzdir"

O həmçinin bildirib ki, Ukrayna latviyalı tərəfdaşların Ukrayna hərbiçilərinə NATO standartlarına uyğun təlim keçmək səylərini yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu, Ukraynanı qələbəyə bir addım da yaxınlaşdırır.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova