Dünya Özəl

Nazir belində silahla görüntülənməsindən danışdı: "Maşında qoya bilmədim..." — FOTO

Nazir belində silahla görüntülənməsindən danışdı: Maşında qoya bilmədim... — FOTO

Polşanın ədliyyə naziri Zbiqnev Ziobro mədən qəzasında həyatını itirənlər üçün təşkil edilən mərasimdə belində silahla görüntülənib.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, Polşanın ədliyyə naziri Roqovitsdəki Belçatov mədənində baş vermiş qəzada həyatını itirənlər üçün təşkil edilən mərasimdə iştirak edib.

Nazir ölənlərin xatirəsinə ucaldılmış abidəyə çələng qoyarkən pencəyini külək qaldırıb və belində silah olduğu görülüb.

Nazir belində silahla görüntülənməsindən danışdı: Maşında qoya bilmədim... — FOTO

Sosial mediada yayılan görüntülərdən sonra nazir açıqlama verib:

"Bir neçə ildir ki, idman və istirahət poliqonunda çəkiliş aparıram. Buna görə də həftəsonundan sonra Varşavaya qayıdanda silah yanımda idi. Silahı maşında qoya bilmədim".

Nazir belində silahla görüntülənməsindən danışdı: Maşında qoya bilmədim... — FOTO

Aysu Demokrat.az

D
demokrat.az