Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub. Bu barədə Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli əmr imzalayıb. Demokrat.az xəbər verir ki, mədəniyyət nazirinin əmri ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Aqaəli Cəlilov təyin edilib. Yeni rəis əmək fəaliyyətinə 1984-cü ildən Turan qəsəbə Mədəniyyət Evində metodist kimi başlayıb. 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru kimi fəaliyyət göstərib. 61 yaşlı Aqaəli Cəlilov Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur.(Bizim.Media)
Adil Kərimlidən növbəti təyinat — FOTO
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


