Hadisə Özəl

Əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan şəxs barəsində cinayət işi başlandı

Əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan şəxs barəsində cinayət işi başlandı

Göygöl rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan Mürşüd Əliyevin barəsində cinayət işi başlanıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mürşüd Əliyevin barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.

Mürşüd Əliyev rayon ərazisində əxlaqsızlıq yuvası təşkil etməkdə, yüngül həyatı keçirən qadını kişi müştəri ilə görüşməsinə şərait yaratmaqda ittiham edilib.

Mürşüd Əliyevin barəsində olan cinayət işi baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Qələmdar Abbasovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az