Mozambikdən sonra Malaviyə çatan “Freddi” qasırğası nəticəsində 11 nəfər ölüb.
Demokrat.az xarici mətbuata istinadənxəbər verir ki, "Freddi" qasırğası Malavidə böyük itkilərə səbəb olub.
Qasırğa səbəbindən Malavinin Blantir bölgəsində 11 nəfərin öldüyü, 16-dan çox adamın isə itkin düşdüyü bildirilib.
Ölən və itkin düşənlərin sayının artacağı istisna edilmir.
Hazırda qasırğa baş verən ərazidəaxtarışlar davam edir.
Qeyd edək ki, Mozambikdə baş verən qasırğada 28 nəfər həyatını itirmişdi.
Aysu Demokrat.az


