Dünya Özəl

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı ŞurasıRusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb.

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Şurasınınsaytındadərc edilmiş bəyanatda deyilir.

" Şura məhdudlaşdırıcı tədbirləri daha altı ay 2023-cü ilin sentyabrına qədər uzadıb. Mövcud məhdudlaşdırıcı tədbirlər fiziki şəxslərin səyahətinə məhdudiyyətlər, aktivlərin dondurulması, vəsaitlərin və ya digər iqtisadi resursların sadalanan fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsinə qadağa qoyulmasını nəzərdə tutur. "- məlumatda deyilir.

Qeyd edək ki, 1 500-ə yaxın fiziki şəxsə və 205 təşkilata qarşı sanksiyalar heç bir dəyişiklik edilmədən uzadılıb.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova