Altı ay əvvəl vəfat edən İngiltərə kraliçası Elizabetdən oğluna 600 milyon funt-sterlinq miras qalması məlum olub. Ancaq Kral Çarlzın tək başına mirasa sahib çıxması onun yaxınlarını qəzəbləndirib.
Demokrat.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumat yayılıb.
İngiltərə kraliçası II Yelizaveta 8 sentyabr 2022-ci ildə vəfat edib. Vəfatından sonra məlum olub ki, kraliçadan sonra taxta çıxan ən böyük uşaq Kral III Çarlz (74) analarından 600 milyon funt sterlinqlik miras tələb edib və kraliçanın digər övladlarına pay verilməyib.
Kralın vergilər səbəbindən sərvətinin azalmasından qaçmaq üçün bu yolu seçdiyi bildirilir.
Saraya yaxın mənbələr bildiriblər ki, Çarlz “hədiyyələr” adı ilə mirasdan pul köçürmək hüququna malik olsa da, onun bunu etməməsi kraliçanın digər övladları Şahzadə Anna və Şahzadə Edvard arasında narazılığa səbəb olub.
Aysu Demokrat.az


