Hadisə

Şüvəlanda sərnişin sürücünü bıçaqla hədələyərək pulunu alıb

Şüvəlanda sərnişin sürücünü bıçaqla hədələyərək pulunu alıb

Bakıda quldurluq olub.

DİN-dənAPA-ya verilən məlumata görə, martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Toyota Prius” markalı bir avtomobildə sürücünün sərnişini tərəfindən bıçaqla hədələnərək quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

NE
Nihadə Eyyubova