Gündəm

Atışmada yaralanan şəxslərin vəziyyəti açıqlandı

Atışmada yaralanan şəxslərin vəziyyəti açıqlandı

Kliniki Tibbi Mərkəz Bakıda atışmada yaralanan şəxslərin son durumunu açıqlayıb.

Mərkəzdən Demokrat.az-a verilən məlumata görə, hazırda yaralıların vəziyyəti stabildir.

"Yaralananların hər ikisinin vəziyyəti orta-ağır, stabil qiymətləndirilir. Bütün zəruri tədbirlər görülür”, - açıqlamada bildirilib.

Qeyd edək ki, bu gün Bakının Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıblar.

D
demokrat.az