Dünya Özəl

Fransa hakimiyyəti xalqı ayağa qaldıran qanun layihəsini qəbul etdi

Fransa hakimiyyəti xalqı ayağa qaldıran qanun layihəsini qəbul etdi

Fransa hakimiyyəti pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli qanun layihəsinin müvafiq maddəsini ilk mərhələdə qəbul edib.

Demokrat.az xəbər verir ki, Fransa Baş Assambleyasında keçirilən səsvermədə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan 7-ci maddəyə 201 “hə” və 115 “xeyr” səsi verilib.

Senatın bu həftə qanun layihəsinin digər maddələrini səsverməyə qoyaraq qəbul edəcəyi gözlənilir.

Daha sonra qanun layihəsi gələn həftə Senat və Milli Assambleya arasında uzlaşma komitəsində müzakirə olunacaq.

Fransa hökuməti həmkarlar ittifaqlarının qarşı çıxdığı qanun layihəsinin bu ayın sonuna kimi parlamentdə təsdiqini gözləyir.

Aysu Demokrat.az

D
demokrat.az