Region Özəl

Gürcüstanda etirazlara səbəb olan “xarici agent” qanun layihəsi geri götürüldü

Gürcüstanda etirazlara səbəb olan “xarici agent” qanun layihəsi geri götürüldü

Gürcüstanda hakim partiya bir müddətdir ölkədə etirazlara səbəb olan “xarici agent” adlanan qanun layihəsini geri götürəcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qanun layihəsinə görə, hər hansı qeyri-hökumət təşkilatı (QHT) və ya media gəlirinin 20 faizindən çoxunu xaricdən qrant və ya vəsait hesabına əldə edərsə, “xarici agent” hesab ediləcək.

Paytaxt Tbilisidə qanun layihəsini Rusiyadakı qanunlara bənzədən minlərlə etirazçı parlamentdə onun rədd edilməsini tələb edərək küçələrə çıxıb.

Etirazlardan sonra qanun layihəsinin “şərtsiz” geri götürüləcəyi elan olunub.

Aysu Demokrat.az

D
demokrat.az