Hadisə

Gəncədə ata və övladları dəm qazından zəhərləndi

Gəncədə ata və övladları dəm qazından zəhərləndi

Gəncə şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

“Report”un Qərb bürosunun məlumatına görə, Yeni Gəncə qəsəbəsində şəhər sakinləri - 1979-cu il təvəllüdlü Q.Quliyev və övladları, 2005-ci il təvəllüdlü N.Quliyeva, 2007-ci il təvəllüdlü A.Quliyev yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az