Filippinin Mindanao adasında 6 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi açıqlama yayıb.
Açıqlamada Filippinin ikinci ən böyük adası olan Mindanaoda 6,0 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.
Verilən məlumatda zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.
San Mariano bölgəsi yaxınlığında qeydə alınan zəlzələdən sonra afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.
Aysu Demokrat.az


