Sosial

Yaponiyada yenə yüz minlərlə toyuq məhv ediləcək

Yaponiyada yenə yüz minlərlə toyuq məhv ediləcək

Yaponiyanın Niiqata prefekturasında quş qripinin yayılması səbəbindən 680 min toyuq məhv ediləcək.

Bu barədə ölkənin Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyi xəbər yayıb.

Bildirilibki, quşların ölüm hallarının artması ilə bağlı araşdırma aparılıb və testlər quş qripini göstərib.

“Bazar ertəsi genetik analiz yüksək patogen bir ştammın olduğunu təsdiqlədi. Bu, cari mövsümdə 78-ci haldır. 680 min toyuq məhv ediləcək”, - deyə məlumatda bildirilib.

Martın 2-də Yaponiya hakimiyyət orqanları quş qripimövsümündə (payızdan yaza qədər) ilk dəfə olaraq 15 milyondan çox toyuq məhv ediblər.

Yeri gəlmişkən xatırladaq ki,Ümumdünya Səhiyyə Təşkilatının epidemioloqu Riçard Pibodi quş qripi virusunun insanlar arasında yayıla bilmə qabiliyyətinin formalaşması ilə əlaqədaryeni pandemiya riskibarədə xəbərdarlıq edib və buna hazır olmağa çağırıb.

NE
Nihadə Eyyubova